EN

Boliviyada avtobus dərəyə aşıb: 16 nəfər ölüb, 36 nəfər yaralanıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Boliviyanın Koçabamba departamentində avtobusun dərəyə aşması nəticəsində azı 16 nəfər ölüb, 36 nəfər yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yerli polis rəisi Roxer Kostasın sözlərinə görə, avtobus sıldırım dağ yolu ilə hərəkət edərkən 600 metr dərinliyi olan dərəyə aşıb.

Sosial şəbəkələrdə yayılan fotolarda xilasedicilərin və yerli sakinlərin yaralılara kömək etdiyi və ölənlərin cəsədlərini çıxardıqları əks olunub. Xilasedicilər gələnə qədər yardıma yetişən bir boliviyalı avtobusun tamamilə dağıldığını, yaralı sərnişinlərin çıxılmaz vəziyyətə düşdüklərini deyib.

İlkin araşdırma zamanı məlum olub ki, avtobus həddindən artıq yüklü olub və sürət həddini aşıb. Sürücü saxlanılıb. Hakimiyyət orqanları mexaniki nasazlığın da istisna olunmadığını bildiriblər.

Chosen
73
3
azertag.az

4Sources