EN

Türkiyənin Balıkesir vilayətində zəlzələdən sonra 3 ev və bir mağaza uçub

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya CNN Türk-ə açıqlamasında bildirib ki, ölkənin qərbində baş verən 6,1 bal gücündə zəlzələ zamanı Balıkesir vilayətində 3 ev və bir mağaza uçub.

Doğru.az xəbər verir ki, nazir qeyd edib: “Üç bina və bir mağaza dağıdılıb”. Balıkesir şəhərindən görüntülər RT Telegram kanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətli orqanların vəziyyəti diqqətlə izlədiyini açıqlayıb.

DOĞRU.AZ

Chosen
35
dogru.az

1Sources