Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və BelarusRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasaAzərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədriSamir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.
Trend-inməlumatına görə, iclasda Gəncə Avtomobil Zavodunda Belarus tərəfiilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanınyığılmasının davam etdirildiyi bildirilib.
Qeyd edilib ki, bununla yanaşı, Belarusla lift istehsalı vətəchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsindəAzərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalıngenişləndirilməsi üzrə işlər davam etdirilir.
2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılmasınəzərdə tutulur.