EN

Xaçmazda avtomobil qaz xəttini zədələyib, 27 kənd mavi yanacaqsız qalıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xaçmaz, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın Qusarçay kəndi istiqamətində istismarda olan qaz xətti naməlum avtomobil tərəfindən vurularaq qırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza ilə əlaqədar rayonun 27 kəndində 6500-dən çox abonentə qazın verilməsi dayandırılıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, ortatəzyiqli yeratı polietilen qaz xəttindən ayrılan 159 mm-lik qaz xətti hazırda təmir olunur. Günün ikinci yarısında kəndlərə təbii qazın verilməsi nəzərdə tutulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
7
azertag.az

10Sources