Türkiyənin İstanbul şəhərində yerləşən Maliyyə Mərkəzindəki binalardan birinə ildırım düşməsi hadisəsi baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə anı ərazidə olanlar tərəfindən kameraya çəkilib və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş şəkildə yayılıb.
Qeyd edək ki, ildırımın düşdüyü binada ciddi fəsadların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.