EN

Yusif Xəlilov azad edilməyib: Bu tarixə qədər həbsdə qalacaq

Azərbaycanlı iş adamı və Voronejdəki Azərbaycan diasporunun lideri Yusif Xəlilovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti oktyabrın 13-də uzadılıb.

Publika.az xəbər verir ki, Rusiya mətbuatının məhkəmə materiallarına istinadən verdiyi məlumata görə, o, ən azı dekabrın 15-dək həbsdə qalacaq. Məhkəmə həmçinin aydınlaşdırıb ki, iş adamının taleyi ilə bağlı əlavə məlumat yoxdur.

"Onu (Xəlilovu) nə gözləyir? Bizdə belə bir məlumat yoxdur", - deyə məhkəmə şərh edib.

Daha əvvəl iş adamının azadlığa buraxılması barədə məlumat verilmişdi. Lakin Leninski Rayon Məhkəməsi onun həbsdən azad olunmasını nə rəsmi təsdiq, nə də təkzib edib.

Chosen
73
5
publika.az

6Sources