EN

Çin və ASEAN azad ticarət zonası üzrə genişləndirilmiş saziş imzalayıb

Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində assosiasiya üzvləri ilə Çin Xalq Respublikası arasında “Azad ticarət zonası 3.0” adlı yenilənmiş saziş imzalanıb. Sammit 26–28 oktyabr tarixlərində Kuala-Lumpurda keçirilir.

Çin Xalq Respublikasının ticarət naziri Van Ventao və Malayziyanın beynəlxalq ticarət və sənaye naziri Tenkqu Zafrul Aziz sənədi Çin Baş naziri Li Çyan və ASEAN-ın hazırkı sədri, Malayziya Baş naziri Ənvar İbrahimin iştirakı ilə imzalayıblar.Saziş regionda inteqrasiyanı genişləndirəcək və yeni sahələri – rəqəmsal ticarət, “yaşıl” iqtisadiyyat və s. – əhatə edəcək. Bundan əlavə, sənəd ASEAN-ın çoxluğunu təşkil edən kiçik və orta sahibkarlıqların inkişafını və dəstəyini hədəfləyir. Pakt ticarət güzəştlərini daha əlçatan etmək, kiçik iştirakçılar üçün bazara çıxışı asanlaşdırmaq, qeyri-tarif prosedurlarını sadələşdirmək və tənzimləyici baryerləri azaltmaq məqsədi daşıyır.

“Associated Pres”s xəbər verir ki, sazişin genişləndirilmiş versiyasına ABŞ-nin artan proteksionizmi fonunda ehtiyac yaranıb. Yenilənmə ilə bağlı əsas məsləhətləşmələr hələ iyul ayında başa çatmışdı. Bu, ilk dəfə 2002-ci ildə imzalanmış və 2010-cu ildə qüvvəyə minmiş uzunmüddətli sazişin artıq üçüncü versiyasıdır.Azad ticarət zonası 2 milyarddan çox əhalini əhatə edən birgə bazarı birləşdirir, mallara tətbiq olunan tarifləri azaldır və xidmətlər, həmçinin investisiyalar üzrə axınları artırır. Çin və ASEAN arasında ikitərəfli ticarət həcmi 2010-cu ildə 235,5 milyard dollardan 2024-cü ildə təxminən 1 trilyon dollara yüksəlib.

Chosen
39
banker.az

1Sources