EN

Yaponiya ABŞ-dan böyük həcmdə hərbi texnika sifariş etdi - Tramp

Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında “ittifaqın yeni qızıl dövrü”nü əks etdirən sazişlər və strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.

Publika.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti imzalanma mərasimini yayımlayıb.

Donald Tramp bildirib ki, Vaşinqton Yaponiyadan “çox böyük miqdarda” hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, əldə olunmuş ticarət razılaşması “tam ədalətli” xarakter daşıyır.

Qeyd edək ki, bu, Takaiçinin 21 oktyabrda vəzifəyə başlamasından sonra Ağ Ev rəhbəri ilə ilk görüşüdür. Tramp ikinci prezidentlik müddətində ilk dəfədir Yaponiyaya səfər edir.

Chosen
29
publika.az

1Sources