EN

Kremlin çirkli bombası : Ukrayna “Burevestnik”lə vurula bilər?

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Burevestnik” raketi Rusiya-Ukrayna müharibəsində az əhəmiyyət kəsb edəcək. Rusiya və Ukrayna arasında qanadlı raketlərin uçuş müddəti qısadır və bu, “Burevestnik”in həlledici üstünlüyü üçün kifayət deyil.

Axar.az xəbər verir ki, bunu İsveç Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Andreas Umland deyib.

Politoloq onu da əlavə edib ki, Moskvanın hətta nüvə başlığı olmadan da “Burevestnik” raketindən istifadə etməsi məqsədəuyğun deyil.

O bildirib ki, onun istifadəsi Budapeşt Memorandumunun növbəti pozuntusu olacaq və həmçinin təsir zonasının radioaktiv çirklənməsinə gətirib çıxara bilər və onu effektiv şəkildə “çirkli bombaya” çevirə bilər.

Buna baxmayaraq, Umland Rusiyanın Ukraynanı “Burevestnik”lə vura biləcəyini istisna etmir. O hesab edir ki, bu, Ukraynanın Rusiyaya qarşı “Neptun” və ya “Flaminqo” raketlərini buraxacağı təqdirdə baş verə bilər.

Umland xəbərdarlıq edib ki, bu, müharibənin kütləvi şəkildə genişlənməsinə gətirib çıxaracaq və qlobal reaksiyaya səbəb olacaq.

Qeyd edək ki, daha öncə Rusiya lideri Vladimir Putin “Burevestnik” qanadlı raketinin sınaqlarının başa çatdığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
axar.az

1Sources