İsrail ordusu Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə daha bir girovun cəsəd qalıqlarını təhvil alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Rəsmilərin bildirdiyinə görə, yaxın vaxtlarda tabut İsrail ərazisinə gətiriləcək. Bundan sonra məhkəmə-tibbi ekspertlər şəxsiyyətin müəyyən edilməsi üçün ekspertiza aparacaqlar.
 
                        