EN

“Fenerbahçe” darmadağınla qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.
ONN media xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
"Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xallarını 22-yə çatdıran "Fənərbağça" 3-cü pillədəki mövqeyini qoruyub. "Qaziantep" isə 17 xalla altıncıdır. Günün digər matçında isə "Samsunspor" "Rizəspor"la heç-heçə edib.
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qalatasaray" başçılıq edir.
Chosen
72
2
onn.az

9Sources