EN

“Qarabağ” "Dinamo Moskva"nın hücumçusunu transfer edir?

Moskva “Dinamo”sunun hücumçusu Ülvi Babayevlə bağlı yayılan şayiələrə “Qarabağ”dan münasibət gəlib.

90deqiqe.Az “Legalbet”ə istinadən xəbər verir ki, Ağdam klubuna yaxın mənbə bildirib ki, Rusiyanın böyük klublarında iqtisadi imkanlar Azərbaycankından yüksək olduğundan, “Qarabağ” yalnız məhdud sayda oyunçulara maraq göstərir.

“Moskva futbolçularının az maaş müqabilində komandamıza gəlməsi real deyil”, – deyə mənbə əlavə edib.

Qeyd edək ki, 21 yaşlı Bəbəyev 2025-ci ilin yayından Moskva “Dinamo”sunda çıxış edir və bu müddətdə 9 rəsmi oyunda meydana çıxaraq 4 qol vurub.

Chosen
38
90deqiqe.az

1Sources