“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen zədələnib.
90deqiqe.Az “RAC1”ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun zədə ciddi olmasa da, onun yaxınlaşan La Liqa matçında “Elçe”yə qarşı iştirak edib-etməyəcəyi hələlik sual altındadır.
Qeyd edək ki, Kristensen əvvəllər virus infeksiyasından əziyyət çəkib. Cari mövsümdə o, bütün turnirlər üzrə 9 oyunda meydana çıxıb, amma məhsuldar göstəriciyə imza atmayıb.
11-ci tur çərçivəsində keçiriləcək “Barselona” – “Elçe” oyunu noyabrın 2-si, bazar günü, Moskva vaxtı ilə saat 20:30-da start götürəcək.