EN

“Nottinqhem Forest” Andersonu satmağa hazırlaşır

İngiltərənin “Nottinqhem Forest” klubu yarımmüdafiəçisi Elliot Andersonu satmağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı istedadlı futbolçuya “Mançester Yunayted” və “Nyukasl” maraq göstərir, lakin digər böyük klublar da onun durumunu izləyir. “Meşəçilər” Andersona olan maraqdan xəbərdardır.

Yay transfer pəncərəsində klub oyunçu üçün təxminən 114-137 milyon avro qiymət tələb etməyi planlaşdırır. Qeyd olunur ki, Andersonun müqaviləsində alış opsiyası nəzərdə tutulmayıb.

Cari mövsümdə Anderson bütün turnirlər daxil olmaqla 12 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun “Nottingem Forest”la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Chosen
28
90deqiqe.az

1Sources