EN

Daniyel Karvaxal zədələndi

“Real Madrid”in kapitanı Daniyel Karvaxalda zədələnib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,tibbi müayinə nəticəsində futbolçuda sağ diz oynağında zədə aşkar edilib və onun əməliyyat olunması – artroskopiya – planlaşdırılır.

Qeyd edək ki, Karvahal bundan əvvəl kamabal əzələsi zədəsindən bərpa olmuşdu.

26 oktyabr tarixində o, İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə keçirilən oyunda komandası üçün 72-ci dəqiqədə meydana çıxıb. “Real Madrid” həmin görüşü 2:1 hesabı ilə qazanıb.

Chosen
24
90deqiqe.az

1Sources