EN

"Xanımıma o qədər əziyyət vermişəm ki..."- VİDEO

"Mən öləndən sonra heç kim mənə yas saxlamasın, qəbirüstümə gəlməsin. Kim məni istəyirsə, oturub Allaha dua etsin ki, onun günahını bağışla, iki rükət də namaz qılsın".

Hurriyyet.Az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Rəngarəng" verilişində deyib. İfaçı vəsiyyətini açıqlayıb. O bildirib ki, yasına və dəfn mərasiminə insanların gəlməsini istəmir. 

Meyxanaçı xanımından da danışıb:

"Birinci mən dünyamı dəyişim. Xanıma o qədər əziyyət vermişik ki... O qədər əziyyətimizi çəkib, hörmətimizi saxlayıb ki... Mən ölüm, xanım yaşasın. Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə, ölməlisən. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür".

Chosen
18
10
hurriyyet.az

10Sources