EN

Çexiyada Babiş hakimiyyətə qayıdır

Bloomberg: Prezident Pavel ANO liderinə hökumət formalaşdırmaq üçün mandatı verib...

Poliqon xəbər verir ki, “Bloomberg” Agentliyinin məlumatına görə, Çexiya prezidenti Petr Pavel parlament seçkilərində qalib gələn ANO partiyasının sədri Andrey Babişə hökumət formalaşdırmaq tapşırığı verib. Bu qərar Babişin ölkə siyasətinə yenidən qayıdışının başlanğıcı kimi qiymətləndirilir.

Məlumata görə, ANO partiyası “Avtomobilistlər” və “Azadlıq və birbaşa demokratiya” partiyaları ilə koalisiya danışıqlarını yekunlaşdırmaq üzrədir. Bu ittifaq parlamentdə sabit çoxluq yaradaraq Babişin yeni kabinetini təsdiqləməyə imkan verəcək.

Keçmiş baş nazir Babiş bəyan edib ki, hökumətin tərkibini və proqramını artıq bu həftə ictimaiyyətə təqdim edəcək. Onun prioritetləri arasında iqtisadi sabitliyin bərpası, enerji təhlükəsizliyinin təmin olunması və miqrasiya siyasətinin sərtləşdirilməsi yer alır.

Siyasi müşahidəçilər hesab edirlər ki, Babişin qayıdışı Çexiyada populist qüvvələrin mövqeyini gücləndirəcək və ölkənin Avropa İttifaqı ilə münasibətlərində yeni gərginlik mərhələsi yarada bilər.

Poliqon.info

Chosen
36
poliqon.info

1Sources