EN

Serbiyalı ulduz “Əl-Hilal”da qalır – yeni müqavilə imzalandı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu əsas futbolçusu Sergey Milinkoviç-Saviçlə yeni müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti serbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddətinin 2028-ci ilə qədər uzadıldığını açıqlayıb.

30 yaşlı futbolçu 2023-cü ilin yayında “Latsio”dan “Əl-Hilal”a transfer olunmuşdu. O, qısa müddətdə komandanın aparıcı oyunçularından birinə çevrilərək həm Asiya Çempionlar Liqasında, həm də Səudiyyə Pro Liqasında mühüm rol oynayıb.

Yeni müqavilə Milinkoviç-Saviçin “Əl-Hilal”da uzunmüddətli planların bir hissəsi olduğunu göstərir. Klub rəhbərliyi onun təcrübəsinin və liderlik keyfiyyətlərinin gələcək mövsümlərdə də əsas rol oynayacağına inanır.

Kamil Xudiyev

Chosen
15
1
fanat.az

2Sources