Çiy balıq və qaymaqlı pendir qida zəhərlənməsinə və ya salmonella xəstəliyinə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, Ümumi praktikant Denis Prokofyevsuşi və rolların təhlükələri barədə xəbərdarlıq edib.
Gənclər arasında məşhur olan suşi və rollar ciddi sağlamlıq riskləri yarada bilər.
Çiy balıq və qaymaqlı pendir düzgün bişirilmədiyi halda qida zəhərlənməsinə və ya salmonella xəstəliyinə səbəb ola bilər. Həkim keyfiyyətsiz suşi və rolların qəbuledilməz olduğunu və yalnız etibarlı mənbələrdən alınmalı olduğunu vurğuladı.
Prokofyevqeyd etdi ki, yeməklərlə birlikdə verilən zəncəfil turşusu və vasabi təbii antiseptiklərdir, lakin onlar fərqli bir təhlükə yaradır. Həddindən artıq istehlak mədənin divarınıqıcıqlandırır, qastrit və ya mədə xorasının kəskinləşməsinə səbəb ola bilər.
Ümumiyyətlə, suşi küçə fast-fudu deyil, onu yalnız restoranda, təmiz və etibarlı yerdə, təmiz məhsullardan yemək lazımdır.
Aygün Musayeva