EN

Elcanın verilişi buna görə dayandırılıb

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aktyor Elcan Rəsulov sosial şəbəkədə aparıcı Emin Əfəndi ilə birlikdə hazırladıqları yeni meyxana yarışmasından yazıb.

Axşam.az xəbər verir ki, o, bu layihəsinə görə ötən mövsüm aparıcılığını etdiyi "El canlı" verilişinin yayımını dayandırdığını bildirib:

"Mart ayından üzərində işlədiyimiz layihənin ilk tizerini sizə təqdim edirəm. İşlərinin çoxluğu səbəbindən, hətta gündəlik yayımlanmalı olan "El canlı" proqramını da dayandırmağa qərar verdik. Demək olar ki, televiziya üçün ən çətin layihələrdən birinin üzərində çalışırıq. Hər bir detalı yüksək səviyyədə düşünürük".

Aktyor yeni layihəsinin tezliklə izləyicilərə təqdim edəcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
5
axsam.az

8Sources