EN

Belçikada 5,6 milyard avroluq fiasko

Belçikanın ABŞ-dan aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb, lakin ortaya çıxan problem ölkədə gülüş və çaşqınlıq yaradıb. Məlum olub ki, bu təyyarələr Belçikanın hava məkanında uça bilmir.

Teleqraf xəbər verir ki, Belçika hökuməti 2018-ci ildə ABŞ-dan 34 ədəd F-35 qırıcısı sifariş etmişdi. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edir. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib.

Chosen
44
2
teleqraf.com

7Sources