EN

İsrail türk qüvvələrinin Qəzzada qalmasına İCAZƏ VERMİR

İsrail Ankaranın yəhudi dövlətinə qarşı düşmənçiliyinə görə Qəzza zolağında türk ordusunun mövcudluğuna icazə vermir.

Busaat.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə görüşündən sonra bildirib.

“Mən deyərdim ki, artıq ora silahlı qüvvələr göndərmək istəyən ölkələr heç olmasa İsrailə balanslı yanaşmalıdır. Təəssüflər olsun ki, xüsusilə son iki ildə, həm də ondan əvvəl prezident Rəcəb Təyyib Ərdoğan başda olmaqla Türkiyə İsrailə qarşı düşmənçilik siyasətini, o cümlədən təkcə düşmənçilik bəyanatları deyil, həm də diplomatik və iqtisadi tədbirlər həyata keçirib.

Ona görə də onların silahlı qüvvələrinin Qəzza zolağına daxil olmasına icazə verməyimiz ağlabatan deyil və biz bununla razılaşmırıq və bunu amerikalı dostlarımıza bəyan etmişik”, – Saar bildirib.

Yeganə

Chosen
21
busaat.az

1Sources