EN

Nəhənglərin savaşı başlayıb: hələlik bəyanatlar müstəvisində

ABŞ Prezidenti Donald Tramp Rusiya sahilləri yaxınlığında Amerika nüvə sualtı qayığının olduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, O, bunu təyyarəsində mətbuata açıqlamasında Rusiyanın “Burevestnik” raketinin sınaqdan keçirilməsi ilə bağlı suala cavab olaraq qeyd edib: “Onlar bilirlər ki, sahilləri yaxınlığında dünyanın ən yaxşı nüvə sualtı qayığımız var. Bizə 8000 mil mənzilli raket lazım deyil… Biz daim raket sınaqları keçiririk, amma dediyim kimi, bizim nüvə sualtı qayığımız var və bu məsafələrə atəş açmağa ehtiyacımız yoxdur”, – deyə – Tramp bildirib.

Donald Tramp həmçinin Vladimir Putinin “Burevestnik” sınaqlarının uğurla başa çatması ilə bağlı açıqlamasını “yersiz” adlandırıb. Amerika Prezidentinin sözlərinə görə, Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə daha çox diqqət yetirməlidir.

//Samir Qurbanov, Editor.az

Chosen
62
editor.az

1Sources