EN

BVF dən xəbərdarlıq: Faizlər yüksək qalacaq

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

​Beynəlxalq Valyuta Fondu (BVF) son “Dünya İqtisadi Görünüşü” hesabatında qlobal iqtisadi artımın (3.2\%-3.3\%) sabit qalacağını proqnozlaşdırsa da, beynəlxalq ticarət gərginliyinin və xidmət sektorundakı yüksək inflyasiyanın gələcək üçün əsas təhlükə olduğunu bəyan edib.

Tribunainfo.az xəbər verir ki, qlobal siyasətdəki qeyri-müəyyənlik fonunda yaranan risklər faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər.

Fond, inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasındakı artım tempinin fərqlənməsinin (divergensiyanın) qlobal bazarlar üçün əlavə çətinliklər yaradacağını bildirib.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
tribunainfo.az

2Sources