EN

Bu Prezidenti Qəddafinin taleyi gözləyir?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nikolas Maduronun hakimiyyətdə olduğu günlər sayılıdır".

"Cebheinfo.az” “CBS News” telekanalına istinadla xəbər verir ki, bunu respublikaçı senator Rik Skott deyib.

“Əgər mən Maduro olsaydım, dərhal Rusiyaya və ya Çinə gedərdim” deyən Skott, yaxın zamanda Venesuelada daxildən və ya xaricdən nələrsə baş verəcəyini düşündüyünü bildirib.

O, Maduronun hakimiyyətdə uzun müddət qalmayacağını vurğulayıb. ABŞ-nin Venesuelaya hərbi müdaxilə planı olub-olmadığı sualına cavab olaraq Skott belə bir şey gözləmədiyini, əgər baş versə, çox təəccüblənəcəyini deyib. Skott Maduronun hakimiyyətdən getməsinin Kuba üçün də “sonun başlanğıcı” olacağını qeyd edərək, “Amerika Cənub Yarımkürəsinə nəzarəti öz üzərinə götürür” fikrini səsləndirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
cebheinfo.az

2Sources