EN

İran səfiri Azərbaycan-Gürcüstan sərhəd-gömrük məntəqəsi ilə yaxından tanış olub

Bakı. Trend:

İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu AzərbaycanlaGürcüstan arasındakı Qırmızı Körpü sərhəd-gömrük məntəqəsinə səfəredərək, İran tranzit yük nəqliyyat vasitələrinin bu istiqamət üzrəhərəkəti ilə bağlı mövcud vəziyyətlə tanış olub.

Bu barədə Trend-ə İran Səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gömrük Xidmətininməsul nümayəndələri səfirə gömrük prosedurları, nəqliyyatvasitələrinin və yüklərin yoxlanılması mexanizmləri, eləcə də keçidproseslərinin səmərəliliyinin artırılmasına yönəlmiş plan vətədbirlər barədə ətraflı məlumat təqdim ediblər.

İran səfiri həmçinin gömrük ərazisində olan bir qrup iranlısürücü ilə söhbət apararaq, onların Azərbaycan ərazisindən tranzitkeçid zamanı qarşılaşdıqları məsələlər və inzibati prosedurlarbarədə fikirlərini öyrənib.

Qeyd edək ki, İran üçün Azərbaycan və Gürcüstan arasındasərhəd-gömrük məntəqəsi Fars körfəzi, Qara dəniz və Avropa arasındayük tranziti məqsədilə önəmli istiqamət hesab olunur. Bu istiqamətİranı Avropaya çıxışını asanlaşdırır və iqtisadi və ticarətimkanlarını artırır.

Bu istiqamət Fars körfəzi ətrafındakı ölkələri və Hindistanıİran, Azərbaycan və Gürcüstan vasitəsi ilə Avropayabirləşdirir.

Chosen
43
az.trend.az

1Sources