Bu ilin 3-cü rübündə "Bank Respublika" ASC-nin nağd pul vəsaitləri azalıb.
Publika.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 24,18 faiz azalaraq 368 milyon 841,63 min manat olub.
Bankın öhdəliklərinə gəlincə, hesabat dövründə öhdəliklər 2 milyard 487 milyon 33,5 min manat təşkil edib.
Bu da ötən ilin sonu ilə müqayisədə 25,74 % və yaxud 509 milyon 40,11 min manat artım deməkdir. Fiziki şəxslərin banka yerləşdiyi depozitlərin həcmi isə 5,31 faiz azalaraq 636 milyon 244,66 min manatdan 602 milyon 476,18 min manata enib.
Hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 65,07 faiz artaraq 864 milyon 60,94 min manata yüksəlib.