EN

Vüqar Bayramov: 2026-cı ildə pensiya kapitalı təxminən 6 faiz artırılacaq

“Əmək Pensiyaları haqqında” Qanuna əsasən, gələn ildən — 2026-cı ildə vətəndaşların pensiya kapitalı indeksləşdirilərək artırılacaq.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artım 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun aparılacaq:

"Mərkəzi Bankın 2025-ci il üçün proqnozuna əsasən, inflyasiya 6 faiz səviyyəsində gözlənilir. Bu isə o deməkdir ki, pensiya kapitalı da təxminən 6 faiz artacaq. Məsələn, 50 min manat pensiya kapitalı olan şəxsin vəsaiti təxminən 3 min manat artacaq. Dəqiq rəqəm isə 2026-cı ilin yanvar ayında elan olunacaq. Bu artım pensiya kapitalının inflyasiyadan qorunması və vətəndaşların daha yüksək pensiya alması baxımından mühüm əhəmiyyət daşıyır".

 

Pərvanə Fərhadqızı

Chosen
20
11
qht.az

3Sources