EN

Bitcoin rekord enişdən sonra maksimumunu yenilədi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 27-si səhər "Bitcoin"in (BTC) məzənnəsi 116.2 min dollardan yuxarı yüksəlib.

Oxu.Az-ın RBK-ya istinadən xəbər verir ki, bu, treyderləri 19 milyard dollar itkilərə məruz qoyan kriptovalyuta məzənnəsinin rekord çöküşünün baş verdiyi 10 oktyabr tarixindən bəri maksimum göstəricidir.

Xatırladaq ki, ayın əvvəlində eniş ABŞ Prezidenti Donald Trampın Çin mallarına qarşı 100%-lik rüsumların tətbiq ediləcəyini bildirməsindən sonra baş verib. Oktyabrın 26-sı axşam Ağ Evdən bildirilib ki, Çin hələ də bu rüsumlardan qaça bilər.

Bakı vaxtı ilə saat 12:00 üçün "Bitcoin" təxminən 115.6 min dollardan satılıb. Son 24 saat ərzində birinci kriptovalyuta 3.5% bahalaşıb.

"Ethereum"un (ETH) kursu 24 saat ərzində 6.3% artıb. Aparıcı altkoinin qiyməti 4.25 min dollara qalxaraq həftəlik maksimumu yeniləyib.

Kriptobazarın ümumi kapitallaşması 24 saat ərzində 3.9% artaraq 3.92 trilyon dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
oxu.az

1Sources