Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlıtədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilənmüsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlunəqliyyat vasitələri cəlb olunub.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr ərzində“Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JACSunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Buisə Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarınaşəhərlərası daşıma üzrə avtobus parkının 35%-ni təşkil edir.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildəistismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlaraişləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i“biletim.az” portalına qoşulub. Vətəndaşlara daha rahat vətəhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlaynqaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyəolunur.