EN

İstanbulun keçmiş meri İmamoğlu HƏBS OLUNDU

Ajans.az Türkiyə KİV-lərə istinadən xəbər verir ki,İstanbul Respublika Prokurorluğu 24 oktyabrda İmamoğlu və bir neçə digər vəzifəli şəxsə qarşı 2019-cu il meri seçkiləri zamanı 4,7 milyon seçicinin məxfi məlumatlarının sızdırılmasına kömək etməkdə şübhə ilə cinayət işi açıb. Sızdırılan məlumatların daha sonra xarici kəşfiyyat orqanlarına ötürüldüyü iddia edilir. Sözcü televiziyasının bildirdiyinə görə, “11 saatlıq dindirmədən sonra Çağlayan Məhkəməsi İmamoğlunun, Tele 1-in qurucusu Merdan Yanardağın və jurnalist Necati Özkanın casusluq ittihamı ilə həbsinə qərar verdi”. Müxalifətdəki Respublika Xalq Partiyasının lideri Özgür Özel məhkəmənin qərarını konstitusiyanın pozulması adlandıraraq, bunun İmamoğlunun prezidentliyə namizədliyinin qarşısını almaq cəhdi olduğunu iddia edib. Qeyd edək ki, mart ayında İstanbul Universiteti Baş Prokurorluğun tələbi ilə İmamoğlunun və digər 27 nəfərin diplomunu ləğv edib, bu isə onun prezidentliyə namizədliyinin qarşısını alıb. Prokurorluq diplom saxtakarlığı üzrə istintaq çərçivəsində İmamoğlu üçün təxminən doqquz il həbs cəzası və siyasi fəaliyyətin qadağan edilməsini tələb edir. CHP üzvü olan İmamoğlu 2019-cu ildən bəri şəhər meriyasına rəhbərlik edir və 2024-cü ildə hakim partiyanın namizədi üzərində təxminən 12% səs fərqi ilə yenidən seçilib. Hazırda o, İstanbulun Silivri ətrafındakı həbsxanada saxlanılır. Müdafiə tərəfi məhkəmənin qərarına apelyasiya şikayəti verib və siyasi fəaliyyətə qoyulan qadağanın qüvvəyə minməsi üçün yuxarı məhkəmənin təsdiqi gözlənilir.

 

Chosen
38
Ajans.az

1Sources