Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək sayca VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.
Moderator.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.
Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.
A qrupu
4 noyabr
Liviya – Azərbaycan
Səudiyyə Ərəbistanı - Özbəkistan
6 noyabr
Özbəkistan – Azərbaycan
Səudiyyə Ərəbistanı – Liviya
8 noyabr
Səudiyyə Ərəbistanı – Azərbaycan
Özbəkistan – Liviya
