EN

Azərbaycanda əmtəəlik səmt qazının hasilatı 7 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 127,88 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,68% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 952,05 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 7,4% çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur.

​​​​​​"Cebheinfo.az"

Chosen
1
4
cebheinfo.az

5Sources