EN

Paşinyan: Ermənistan ordusunun ölkə hüdudlarından kənarda heç bir tapşırığı yoxdur

Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerinə yetirəcəyi heç bir tapşırıq yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı bildirib.

"Bizim üçün əsas məqsəd ordunun ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşların təhlükəsizliyini qorumaq bacarığında olmasıdır", - o qeyd edib.
Chosen
24
1
sherg.az

2Sources