Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az xəbər verir ki, Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenkoya və Rusiya mediasına istinad edən “RBK-Ukrayna” telekanalı belə məlumat yayıb. “Daha ətraflı məlumat verməyən Kovalenko Moskvanın PUA-ların hücumuna məruz qalması barədə qısa açıqlama ilə kifayətlənib. Paytaxtdan çoxlu sayda foto və videolar yayımlayan Rusiya KİV-ləri bəzi ərazilərdə güclü partlayışların və tüstülərin yüksəldiyini göstəriblər. Rusiya televiziya kanalları Ukraynaya məxsus pilotsuz təyyarənin çoxmərtəbəli binanı vurduğunu iddia edir”, - telekanal vurğulayır. Moskva şəhərinin meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHM) qüvvələrinin günün əvvəlindən altı PUA-nı vurduğunu bildirib. Onun sözlərinə ıqlarının düşdüyü yerlərdə təcili xidmətlərin əməkdaşları işləyir. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.