Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda filialın direktoru dosent Mobil Məcidov şairin ədəbi irsinin milli kimliyin formalaşmasındakı rolundan və bugünkü nəsil üçün əhəmiyyətindən bəhs edib.
Plenar iclasda Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri dosent Vaqif Allahverdiyev “Bəxtiyar Vahabzadənin yaradıcılığında fəlsəfi fikrin poetik ifadəsi”, kafedranın dosenti Sabir Məmmədov isə “Bəxtiyar Vahabzadənin yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində tələbələr tərəfindən Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib. Həmçinin öncədən keçirilmiş şeir və inşa müsabiqəsinin qaliblərinə diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
Plenar iclasdan sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında filialın 50-dək müəllimi Bəxtiyar Vahabzadənin yaradıcılığına dair məruzələrlə çıxış ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.