Ötən əsrin ən yaraşıqlı isveçli aktyoru və musiqiçisi Byorn Andresen vəfat edib. 70 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb. O, İtaliyanın "Venesiyada ölüm" filmində baş rolu oynadıqdan sonra beynəlxalq şöhrət qazanıb. Filmin rejissoru Luçino Viskonti onu "XX əsrin ən gözəl oğlanı" kimi xarakterizə edib. 2021-ci ildə Andresen eyni adlı sənədli filmdə mərkəzi fiqur olub.
Mətləb