EN

Şamaxı nın legioneri: Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmədim

ain.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda səfərdə "Qarabağ"la qolsuz heç-heçə edən Dioqo Balau jurnalistlərin suallarını cavablandırıb.Sport24.az həmin müsahibəni təqdim edir…- Qarşılaşma haqqında nə deyə bilərsən?- Çətin oyun idi. Fərqindəydik ki, çətin olacaq. Yaxşı hazırlaşmışdıq. Yaxşı oynadıq. Komanda olaraq, əldə etdiyimiz nəticəyə görə şadam.- "Qarabağ" Çempionlar Liqasında iştirak edən komandadır. Bu cür rəqiblə qarşılaşmaq sizin üçün nə dərəcədə motivasiyadır?- Təbii ki, məncə, bütün komanda bundan təsirlənir. Çünki "Qarbağ" Çempionlar Liqasında, Avropa səviyyəsində oynayan klubdur. Bu səviyyədə olan kollektivə qarşı oynamaq bütün heyət üçün ciddi məsuliyyət tələb edir.- "Qarabağ"ı Çempionlar Liqasında izləyirsən?- Əlbəttə. Bütün oyunlarına baxıram.- "Şamaxı"ya yayda gəlsən də, oyununla göstərirsən ki, sanki uzun müddətdir Azərbaycanda, "Şamaxı"da oynayırsan. Bu haqda nə deyə bilərsən?- Düşünürəm ki, bunlar məşqçilər korpusunun dəstəyi nəticəsindədir. Bu, çox vacib idi ki, biz də özümüzü burada daha rahat hiss etdik. Gəldiyimiz ölkənin da burada rolu var. Azərbaycanda özümüzü rahat hiss edirik. Bu da oyunumuza da təsir edir.- Bu gedişlə deyəsən, "Şamaxı"da çox qalmayacaqsan?- Bunu eşitmək yaxşıdır. Hamı istəyər ki, yaxşı liqalarda, yaxşı komandada oynasın, böyük pullar qazansın. Amma mənim hazırda "Şamaxı" ilə müqaviləm var. Özümü də bu komandada çox xoşbəxt hiss edirəm.- Baş məşqçiniz Ayxan Abbasov həm də Azərbaycan milli komandasının baş məşqçisidir. Bu məqam sizin komandanıza mənfi təsir etmirki?- Öncə onu deyim ki, bura gəlməmişdən öncə agentim Ayxan Abbasovla işləməyin mənim üçün yaxşı olacağını demişdi. Çünki inkişafıma dəstək olacaq. Təbii ki, hər oyunçunun inkişafında məşqçi amili böyük rol oynayır. İnkişafım üçün məşqçi amili  vacibdir. Milliyə gəldikdə, buradan ancaq pozitiv təsir ala bilərik. Çünki böyük təcrübədir, ölkənin ən yaxşı futbolçuları ilə işləyir, onlarla böyük təcrübə qazanır. Bu da bizə yaxşı təsir edir.- "Qarabağ" sənin ölkəndən olan "Benfika"nı məğlub etdi. Səncə, Azərbaycan Premyer Liqası həqiqətən yüksəlib ki, bu cür qələbə əldə etdi?- Maraqlı oyun idi. Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmədim. Həqiqətən təəccüblü idi ki, "Qarabağ" qazandı. Çünki "Benfika" Avropanın ən yaxşı komandalarından biridir. Amma "Qarabağ"ın qələbə qazanması sevindirici haldır. Bu da liqanın inkişafından, yüksəkliyindən bəhs edir. Premyer Liqadakı digər komandalar da güclənməyə başlayır. "Qarabağ"ın bəzi oyunçuları ilə danışıram, deyirlər ki, bu mövsüm daha da çətindir.- Azərbaycanda ən çox bəyəndiyin cəhət nədir? - Azərbaycanda insanların davranışını çox sevirəm. Düzdür, Azərbaycanın bütün hər yerini gəzmək üçün çox vaxtım olmayıb. Amma burada gördüklərimə əsasən deyə bilərəm ki, yanaşma çox yaxşıdır, qonaqpərvər insanlarsınız.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
sport24.az

1Sources