EN

Sabirabadda dörd avtomobil toqquşub, xəsarət alanlar var

Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.

"Ölkə.az" "Report"a istinadla bildirir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
43
10
olke.az

10Sources