EN

Netanyahu: İsrail Qəzzaya və Livana zərbələr endirmək üçün icazə istəməyəcək

BAKI, 26 oktyabr. TELEQRAF

Atəşkəsə baxmayaraq, Qəzza və ya Livandakı hədəflərə zərbələr endirmək üçün icazə istəməyəcəyik.

Teleqraf xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

"İsrail müstəqil dövlətdir. Biz özümüzü müdafiə edəcəyik və öz taleyimizi təyin etməyə davam edəcəyik. Bunun üçün heç kimin razılığını almırıq" - Netanyahu bildirib.

Chosen
87
1
teleqraf.com

2Sources