EN

Abubakar “Neftçi”yə 3 xal qazandırdı: MÖHTƏŞƏM BAŞLANĞIC

ain.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi” Misli Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu mövsüm ikinci qələbəsini qazanan komanda nəhayət uzun müddətdir davam edən uğursuz seriyasına son qoydu.

Oyunun 70-ci dəqiqəsində dünya səviyyəsində tanınmış hücumçulardan biri - Vensan Abubakar “Neftçi” forması ilə ilk matçına çıxdı. 33 yaşlı forvard oyuna daxil olan kimi fərqini meydanda göstərməyi bacardı. Topa ilk toxunuşunda məhsuldar ötürmə ilə yadda qalan kamerunlu futbolçu, bundan 10 dəqiqə sonra isə Bakı təmsilçisinin heyətində ilk qolunu vurdu.

İlk yetmiş dəqiqə ərzində hücum “üçlüyü”ndən istədiyini ala bilməyən “Neftçi”, Samir Abasovun taktiki dəyişiklikləri sayəsində Qəbələ səfərindən 3 xalla qayıtmağı bacardı.

Ozancan Kökçü oynadı, komandası qalib gəldi

Rüfət Abdullazadə məhsuldar ötürmə etdi, komandası məğlub oldu

Günün oyunları bu kanallarda

Azərbaycan millisinin üzvü əməliyyat olunub

Rəşad Sadıqov: "Bu gün vacib 3 xal qazandıq"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
apasport.az

2Sources