EN

Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanı keçirib.

Bu barədə Aznews.az- a DİM-dən bildirilib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 118 namizəd iştirak edib.

Chosen
42
19
aznews.az

10Sources