EN

Avtomobil yeniyetmələri vurdu: Ölən və xəsarət alan var

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, "Chevrolet Cruze" markalı minik maşını yolu keçmək istəyən yeniyetmə oğlanları vurub.

Hadisə nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb, digəri isə ağır vəziyyətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. pizza sifarişi

Qəza yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
24
11
yenisabah.az

10Sources