EN

Tramp Bakıya GƏLİR?

Ajans.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Hudson İnstitutunun aparıcı eksperti Lyuk Koffi deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərə yeni enerji  vermək zamanı  çoxdan yetişib. “Avqustun 8-də Ağ Evdə prezident Trampla görüş münasibətlərimiz üçün yeni başlanğıc nöqtəsi oldu. İnanıram ki, ABŞ və Azərbaycanın iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi sahələrdə ümumi maraqları var. Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında daha sıx əməkdaşlıq görəcəyik”, – qeyd edib.
Ekspert vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri prezident Trampın Azərbaycana səfəri olar. “Heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marko Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-ın dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi”.
Chosen
13
6
Ajans.az

10Sources