ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Bu gün İspaniya La Liqasının X turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gələcək.
Teleqraf xəbər verir ki, Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
Tarixi rəqiblərin qarşıdurmasına nəzər saldıqda, iki komanda indiyədək rəsmi olaraq 260 dəfə üz-üzə gəlib. Statistik üstünlük az fərqlə “Real Madrid”in tərəfindədir: madridlilər 105, katalonlar isə 103 qələbə qazanıblar, 52 oyun isə heç-heçə başa çatıb. Ümumilikdə bu görüşlərdə 868 qol vurulub. “Real Madrid”in aktivində 437, “Barselona”nın isə 431 qol var.
Digər mühüm faktlara baxsaq, son 10 “El Klasiko”da tərəflər 5-5 hesablı bərabərlik yaradıb. Mayda “Real Madrid”in baş məşqçi postuna keçən Xabi Alonso üçün də bu, ilk “El-Klasiko” olacaq.
Qeyd edək ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda La Liqada 9 turdan sonra 8 qələbə və 1 məğlubiyyətlə 24 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. İki xal onlardan geri qalan Hansi Flikin komandası isə ikinci pillədə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.