EN

Su anbarına düşən vətəndaş xilas edilib - VİDEO

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2546 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 29.7%, yük avtomobili istehsalı isə 30.7% azalıb.

Qeyd edək ki, cari ilin oktyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 30 ədəd minik, 43 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 392 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

Chosen
46
avtosfer.az

1Sources