EN

Gəmiçilik kursunda təhsil alanlar diplomlarına görə NARAHATDIRVİDEO

"İST " Əlavə Təhsil Mərkəzinin Lənkəran filialında Gəmiçilik kursu keçən 20-dən çox tələbə diplomlarına görə narahatdır.

Müxtəlif rayonlardan Lənkərana gələn gənclər burada fəaliyyət göstərən dənizçilik məktəbində matros və motorçu kurslarına qəbul olunublar. Şikayətçilərin iddialarına görə, onlar kursun sertifikat və diplomunu almaq üçün kurs rəhbərinə ümumilikdə 3600 manat  ödəniş ediblər. 6 ay ərzində kursu bitirdikdən sonra onlara məlum olub  ki, kursu tamamlasalar belə, sertifikat və diplom almaq üçün imtahanlara buraxılmayacaqlar.

Kursu bitirib gəmidə işləmək ümidində olan bu gənclərin hazırda rəhbərlikdən iki istəyi var. Ödədikləri pul geri qaytarılsın və yaxud imtahanların keçirilməsi və kursu bitirmələrini təsdiq edən sertifikat və diplom verilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
50
1
xezerxeber.az

2Sources