ain.az bildirir, Idman.biz portalına istinadən.
Dördqat “Böyük Dəbilqə” çempionu və dünya ikinci raketkası, italyan tennisçi Yannik Sinner Avstriyanın Vyana şəhərində keçirilən “ATP-500” turnirinin finalına yüksəlib.
İdman.Biz bildirir ki, yarımfinalda o, avstraliyalı dünyanın yeddinci raketkası Aleks de Minoru iki setdə (6-3, 6-4) məğlub edib.
Görüş 1 saat 29 dəqiqə davam edib.
Avstriya paytaxtında keçiriləcək turnirin finalında Yannik Sinner Lorenzo Musetti (İtaliya) və Aleksandr Zverev (Almaniya) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.