EN

Fernando Alonsonun telefon örtüyü sosial mediada maraq doğurub - FOTO

Meksika Qran-Prisinin cümə sessiyaları zamanı Formula 1 pilotu Fernando Alonsonun (“Aston Martin”) telefonunun şəkli sosial şəbəkələrdə geniş yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, fotoda 44 yaşlı ispaniyalı pilotun telefon örtüyündə “Mercedes” komandasının sürücüsü Corc Rassellin şəklinin yer aldığı görünür

Hadisə sosial mediada yayılaraq azarkeşlər arasında müzakirələrə səbəb olub.

Rassell məsələ ilə bağlı zarafatla deyib:

“Bu, doğrudur, yoxsa zarafat? Bizim münasibətimiz yaxşıdır, amma bir-birimizin şəklini telefon örtüyünə qoymaq bir az artıqdır.”

Alonso isə cavabında gülərək bildirib:

“İstəyirsən, üzərinə imza da atasan? Bu şəkli qardaşım qızı Mayamidə çəkmişdi. Sən təsadüfən kadrda idin, sonra mənə bu örtüyü hədiyyə etdi.”

Rassell isə sonda əlavə edib:

“İstəsən, imza ataram. Amma düzünü desəm, əvvəlcə bunun montaj olduğunu düşünmüşdüm.”

Chosen
90
90deqiqe.az

1Sources