EN

MPL: "Sabah" 90+9-da üstünlüyünü əldən verdi, "Zirə" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

Misli Premyer Liqasında 9-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün keçirilən ilk oyun dramatik alınıb.

Məhsuldar keçən turun mərkəzi oyununda - "Araz-Naxçıvan" - "Sabah" qarşılaşmasında bakılılar 2 dəfə hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. Naxçıvan təmsilçisi 90+9-cu dəqiqədə qol vuraraq məğlubiyyətdən qurtulub.

Günə "Zirə" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq. 18:30-da başlayacaq matçın start fitini Rauf Cabarov səsləndirəcək.

Qeyd edək ki, turun açılış oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı 2:1, "İmişli" isə "Kəpəz"i 3:0 hesabı ilə yenib. Sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Şamaxı" oyunları ilə tura yekun vurulacaq. 

Misli Premyer Liqası
9-cu tur
25 oktyabr 

"Araz-Naxçıvan" – "Sabah" 2:2 
Qollar: 
İssuf Paro, 58. Muaka Simakala, 90+9 - Stiv Solvet, 54. Coy Lens Mikels, 73-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. "Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah”: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

"Zirə" – "Sumqayıt" 1:0 (ilk hissə)

Qol: Brahim Konate, 37.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev, Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Chosen
27
fanat.az

1Sources